22:02
(077) 610-22-33

Polis rəisi toydan qaçan gəlindən danışdı

  • >
451 6 Noyabr 2013 11:20 | Cəmiyyət

"Deyirəm ki, bəs necə razı olmayıbsan ki, toyda iştirak edibsən, oynayıbsan?.."

İki gün əvvəl Ağcabədidə baş verən və bütün ölkədə rezonans doğuran yarımçıq qalmış toyun təfərrüatları bəlli olub. Bu barədə "Qafqazinfo"ya Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli məlumat verib. Rəisin sözlərinə görə, hadisə iki gün əvvəl baş verib. Ağcabədidə toyu olan 1996-cı il təvəllüdlü 17 yaşlı şərti adı (A.Z) olan gəlin məclisdən sonra ər evinin qapısından birbaşa polis şöbəsinə gəlib: "Qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlmişdi. Gəlin iddia edirdi ki, o öz həmyaşıdı olan dayısı oğlunu sevir. Onunla birlikdə gələn dayısı arvadı da bildirdi ki, qızı öz oğluna almaq istəyindədir. Biz gəlindən soruşduq ki, madam ki, belə idi bəs nəyə görə toyun olmasına razılıq verib, prosesin bura qədər irəliləməsinə mane olmayıb? Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət etdik, onları dindirdik. Oğlan tərəfin bu işdə heç bir günahı yoxdur.

Gəlinə sual verirəm ki, toyda iştirak etmisənmi, oynamısanmı? Deyir bəli rəis oynamışam. Deyirəm ki, bəs necə razı olmayıbsan ki, toyda iştirak edibsən, oynayıbsan?..

Maraqlıdır ki, bəy də gəlib dedi ki, əgər qız etiraz eləmirsə heç nə olmamış kimi götürüb evinə apara bilər. Gəlin bir müddət tərəddüd elədi. Lakin yekun olaraq dedi ki, yox, öz dayısı oğlunu sevir və onunla ailə qurmaq istəyir. Bütün qohumlarının da fikri bu oldu ki, zorla iş görmək olmaz və hər birinin izahatı alınandan sonra getdilər. Gəlin də qayıdıb atası evinə getdi. Məsələ bunla da bitdi".

AzNews.az
Bağla X