13:40
(077) 610-22-33

“Kievskiy Forum” Azərbaycanda

  • >
564 6 Avqust 2012 12:42 | Cəmiyyət


Ukraynanın məşhur "Kievskiy Forum" telelayihəsinin rəhbəri və aparıcısı, eyni zamanda, Ukraynadakı Azərbaycan Diasporasının fəal nümayəndəsi Rəna Nəzərova Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində Rəna Nəzərova Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Dağlıq Qarabağ İcmasının rəhbəri Bayram Səfərov və Dağlıq Qarabağ İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov ilə görüşüb.

Görüşlərdə hər iki ölkənin gənclər siyasəti, insan kapitalının inkişafı, xarici media sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması, post sovet ölkələrindəki iqtisadi və mədəni transformasiyalar və digər məsələlər müzakirə edilib. "İRƏLİ" İctimai Birliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Rəna Nəzərova həmçinin "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olub. İlk olaraq qonaq "İRƏLİ" Radio, "İRƏLİ" Prodakşn, Kitabxana, Təlim və Layihələr mərkəzi ilə yaxından tanış olub. Görüşdə "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev və birliyin baş katibi Nərmin Məmmədova qonağa təşkilatın fəaliyyət istiqamətləri, layihələri barədə ətraflı məlumat verib və sonda xatirə olaraq "İRƏLİ" sədri tərəfindən qonağa hədiyyə təqdim edilib.

Qeyd edək ki, səfər çərçivəsində Rəna Nəzərovanı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (SAMU) rəhbəri Anar Tahirov və İdarə Heyəti üzvü Ayaz Salmanov müşayiət edib.


Sevinc

AzNews.az


Bağla X