04:23
(077) 610-22-33

Azərbaycan ombudsmanı Macarıstana yola düşdü

  • >
591 12 Noyabr 2013 14:50 | Cəmiyyət

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova noyabrın 13-15-də Macarıstanın paytaxtı Budapeştdə Avropa Şurasının dəstəyi ilə keçiriləcək ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun toplantısında iştirak etmək üçün Macarıstana yola düşüb.


Ombudsman Aparatından verilən məlumata görə, beynəlxalq tədbirdə 40 ölkənin milli insan hüquqları təsisatlarının nümayəndələri iştirak edəcəklər.

Toplantının əsas məqsədi milli insan hüquqları təsisatlarının Avropa şəbəkəsinin vəziyyətini nəzərdən keçirmək və strateji məsələləri müzakirə etməkdən, habelə strateji planla yanaşı, birillik fəaliyyət planını qəbul etməkdən ibarətdir.

Tədbirdə, habelə 2012-ci il Əmman Bəyannaməsi və Fəaliyyət Proqramının inkişafının izlənməsi, milli insan hüquqları təsisatlarının Avropa şəbəkəsinin təcrübəsi ilə bağlı, həmçinin maliyyə məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu tərəfindən milli təsisatlar üçün növbəti ildə keçiriləcək pilot treninq akademiyasının təşkili məsələləri də müzakirə ediləcək.

AzNews.az
Bağla X