23:33
(077) 610-22-33

Oqtay Əsədovdan İqbal Ağazadəyə sərt REAKSİYA

  • >
364 13 Noyabr 2013 11:34 | Cəmiyyət

“Özün anons verib, özün də münasibət bildirirsən”



"Müəllimlərin və həkimlərin maaşlarının azlığı ilə bağlı problem qaldıqca, bu, cəmiyyətin bütün sferalarına təsir edir. Çünki cəmiyyətin sağlamlığı və təhsili bir nömrəli məsələdir".

Lent. az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasındakı çıxışında Ümid partiyasının sədri, deputat İqbal Ağazadə deyib. O bildirib ki, təhsil və səhiyyə sahələrinə qoyulan pullar bir millətin gələcəyini müəyyən edir.

Deputat eyni zamanda təklif edib ki, siyasi partiyalara ayrılan maliyyə vəsaiti də artırılsın: "Siyasi institutları ayaqda tutmaq üçün partiyalara ayrılan maliyyənin artırılması da nəzərdə tutulmalıdır".

İ. Ağazadə çıxışında Milli Məclisin dünənki iclasında dövlət büdcəsi barədə layihəni təqdim edən maliyyə naziri Samir Şərifovun qiymət artımı barədə anons verdiyini bildirib. Spiker Oqtay Əsədov isə ona replika ataraq deyib ki, maliyyə naziri dünənki çıxışında belə bir anons səsləndirməyib: "İqbal, sən özün anons verib, özün də münasibət bildirirsən. Maliyyə naziri belə anons verməyib. Yəqin ki, növbəti çıxışında da Samir müəllim özü bu məsələyə toxunacaq".

AzNews.az
Bağla X