19:27
(077) 610-22-33

Qanun pozuntularına görə cəzalar sərtləşdirildi

  • >
366 15 Noyabr 2013 08:00 | Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib.


Yeni qanuna əsasən, qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan altı min manatadək miqdarda cərimə edilir.

Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına, yəni brokerfəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

Diler fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

Klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək miqdarda cərimə edilir.

Depozitar fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək miqdarda cərimə edilir.

Aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir.

209-cu maddənin sanksiyasında "altmış manatdan yetmiş manatadək" sözləri "üç yüz manatdan dörd yüz manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "min beş yüz manatdan iki min manatadək" sözləri ilə əvəz edilib.

210-cu maddə ləğv edilir.211-ci maddənin sanksiyasında "qırx beş manatdan doxsan manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "üç min manatdan dörd min manatadək" sözləri ilə əvəz edilsin.

Aşağıdakı məzmunda 211-2-ci maddə əlavə edilsin:"Maddə 211-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə - fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.".



212-ci maddənin sanksiyasında "yüz manatdan iki yüz manatadək" sözləri "üç yüz manatdan dörd yüz manatadək" sözləri ilə, "üç yüz manatdan beş yüz manatadək" sözləri "səkkiz yüz manatdan doqquz yüz manatadək" sözləri ilə əvəz edilsin.

9. 213-cü maddə üzrə :

9.1. adında "yayınma" sözündən sonra ", yaxud təhrif edilmiş məlumatın verilməsi" sözləri, dispozisiyasında "yaxud" sözündən sonra "təhrif edilmiş məlumatın verilməsi və ya" sözləri əlavə edilsin;

9.2. sanksiyasında "altmış manatdan səksən manatadək" sözləri "altı yüz manatdan yeddi yüz manatadək" sözləri ilə, "iki yüz manatdan üç yüz manatadək" sözləri "min manatdan min beş yüz manatadək" sözləri ilə əvəz edilsin.

10.2. sanksiyasında "fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir," sözləri çıxarılsın, sanksiyasında "yetmiş manatdan doxsan manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri ilə, "doxsan manatdan iki yüz manatadək" sözləri "iki min manatdan üç min manatadək" sözləri ilə əvəz edilsin.

11. 215-ci maddənin sanksiyasında "beş manatdan iyirmi beş manatadək" sözləri "iki yüz manatdan üç yüz manatadək" sözləri ilə, "əlli manatdan yetmiş manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri ilə, "iki yüz manatdan üç yüz manatadək" sözləri "min manatdan min beş yüz manatadək" sözləri ilə əvəz edilsin.

12. 216-cı maddə üzrə:

12.1. dispozisiyasında "və digər girovun dövlət qeydiyyatına alınması" sözləri "dövlət qeydiyyatına alınması və girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi" sözləri ilə əvəz edilsin;

12.2. sanksiyasında "on beş manatdan iyirmi beş manatadək" sözləri "iki yüz manatdan üç yüz manatadək" sözləri ilə, "iyirmi beş manatdan qırx manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "min manatdan min beş yüz manatadək" sözləri ilə əvəz edilsin.

13. 217-ci maddənin sanksiyasında "qırx beş manatdan altmış manatadək" sözləri "səkkiz yüz manatdan doqquz yüz manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "iki min manatdan üç min manatadək" sözləri ilə əvəz edilsin.

14. 219-cu maddənin sanksiyasında "əlli manatdan yetmiş manatadək" sözləri "üç yüz manatdan beş yüz manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "üç min manatdan dörd min manatadək" sözləri ilə əvəz edilsin.

15. 220-ci maddənin sanksiyasında "yetmiş manatdan doxsan manatadək" sözləri "altı yüz manatdan yeddi yüz manatadək" sözləri ilə, "iki yüz manatdan iki yüz əlli manatadək" sözləri "üç min manatdan dörd min manatadək" sözləri ilə əvəz edilsin.

16. 221-1-ci maddə üzrə:

16.1. 221-1.0.1-ci maddənin dispozisiyasında "edilmiş" sözündən sonra "və ya keçirilmə hüququ əldə edilməmiş" sözləri əlavə edilsin;

16.2. 221-1-ci maddənin sanksiyasına "fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda cərimə edilir," sözləri əlavə edilsin, "əlli manatdan yetmiş manatadək" sözləri "min manatdan iki min manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "səkkiz min manatdan doqquz min manatadək" sözləri ilə əvəz edilsin.

17. 324.1-ci maddə üzrə:

17.1. dispozisiyasında " vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri tələbnamələrin (qərarların)" sözləri "vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri tələbnamələrin (qərarların) və ya icrası məcburi olan göstərişlərin" sözləri ilə əvəz edilsin;

17.2. sanksiyasında "altmış manatdan səksən manatadək" sözləri "səkkiz yüz manatdan doqquz yüz manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "üç min manatdan dörd min manatadək" sözləri ilə əvəz edilsin.

18. 324.2-ci maddə üzrə:

18.1. dispozisiyasında "peşəkar iştirakçısı, emitent, yaxud özü-özünü tənzimləyən təşkilat" sözləri "iştirakçıları" sözləri ilə əvəz edilsin;

18.2. sanksiyasında "iyirmi manatdan əlli manatadək" sözləri "beş yüz manatdan altı yüz manatadək" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək" sözləri "min beş yüz manatdan iki min manatadək" sözləri ilə əvəz edilsin.

AzNews.az
Bağla X