18:39
(077) 610-22-33

Prezident Qvineyalı səfirin etimadnaməsini qəbul etdi

  • >
652 22 Noyabr 2013 13:40 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın etimadnaməsini qəbul edib.

Səfir Mohamed Keyta fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mohamed Keyta etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan Respublikası ilə Qvineya Respublikası arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı marağın və böyük potensialın olduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın hazırda lazımi səviyyədə olmadığını vurğulayıb.

Prezident İlham Əliyev səfir Mohamed Keytanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müvafiq dövlət qurumları ilə işgüzar əlaqələrin qurulacağına, imkanların araşdırılaraq yeni əməkdaşlıq formatının müəyyənləşdiriləcəyinə əminliyini ifadə edib.

Səfir Mohamed Keyta dövlət başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. O, ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib.

Əməkdaşlığımızın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayan səfir Mohamed Keyta bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

AzNews.az
Bağla X