23:14
(077) 610-22-33

“Azərsu”nun 300 əməkdaşı qan verdi

  • >
501 3 Dekabr 2013 16:18 | Cəmiyyət


İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində qanvermə aksiyası keçirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzNews.az-a açıqlamasında bildirib ki. 3 dekabr - Beynəlxalq Əlillər günü münasibəti ilə keçirilən tədbirə əvvəlcədən hazırlıqlar görülüb: "Qan vermək istəyənlərin siyahısı hazırlanıb, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədi ilə lazımi şərait yaradılıb.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankından ezam olunan xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb.

Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib. Səhmdar Cəmiyyətin əmək kollektivləri bu aksiyada yüksək təşəbbüs və fəallıq nümayiş etdiriblər.

Ümumilikdə aksiyada iştirak etmək üçün "Azərsu" ASC-nin Aparatı, eləcə də idarə və təşkilatlarından 300-dən çox əməkdaş qanvermədə iştirak edib".
Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşları bildirib ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

AzNews.az
Bağla X