02:07
(077) 610-22-33

İşdən çıxarılan direktorla bağlı RƏSMİ açıqlama

  • >
416 13 Dekabr 2013 11:48 | Cəmiyyət

“Ciddi nöqsanlar var idi, işdən çıxarıldı”




Azərbaycan Müəllimlər İnstitutunun (AMİ ) Gəncə filialının direktoru Ramiz Məmmədovun vəzifəsindən azad edilməsinə AMİ-nin rektoru Aqiyə Naxçıvanlı sərt reaksiya verib.

Rektor açıqlamasında rektorun işində ciddi nöqsanların olduğunu bildirib:

"İşində yoxlanışlar aparılıb, ciddi nöqsanlar aşkar edildiyi üçün vəzifəsindən azad edilib. Bundan başqa nə səbəb ola bilər ki? İşini düzgün apara bilməyən işdən azad olmalıdır".

Sabiq direktorun işini kimin icrasına gəlincə, A. Naxçıvanlı qeyd edib ki, bu barədə bugün qərar veriləcək.

"Hələ ki, kimin təyin olması barədə tez-tələsik qərar vermək istəmirik. Bu gün şura yığışıb, onun işinin müvəqqəti olaraq kimin icra etməsi barədə qərar qəbul edəcək. Amma direktorun kim olacağı hələ bilinmir".(azvision.az)
Bağla X