16:33
(077) 610-22-33

Əli Abbasov Yaponiyadan qayıdıb

  • >
2 265 13 Dekabr 2013 14:36 | Cəmiyyət

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gündoğar ölkədə rəsmi səfərdə olub.

İki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyan səfər Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə baş tutub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, 5 gün davam etmiş səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlər keçirilib.

Görüşdə Azərbaycan-Yaponiya İKT əməkdaşlığı, xüsusilə İT park, telekommunikasiya və kosmik sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıqlar zamanı iki dost ölkə arasında bu sahədə müqavilə-hüquq bazasının inkişafı haqqında tərəflər müsbət mövqe nümayiş etdiriblər.
Eyni zamanda, nümayəndələr Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin, Yüksək Texnologiyalar Mərkəzinin (TEPIA), Radio-televiziya Yayım Korporasiyasının (NHK) fəaliyyəti ilə də tanış olublar.

İKT və elektronika sahəsində avadanlığın istehsalı ilə məşğul olan "Mitsubishi", "NEC", "Panasonic" kimi tanınmış şirkətlərdə keçirilən görüşlərdə istehsal prosesləri müşahidə olunan, qonaqlara son layihələr barədə ətraflı məlumat verilib. Həmin görüşlərdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin səfəri Yaponiya KİV-ləri tərəfindən maraqla qarşılanmış, "İbaraki Shimbun", "Sankey Shimbun" və "Nikkey Shimbun" qəzetlərində səfər haqqında məlumatlara, nümayəndə heyətinin rəhbəri nazir Əli Abbasovun müsahibələrinə geniş yer verilib.

AzNews.az
Bağla X