07:01
(077) 610-22-33

Əkrəm Əylisli “Human Rights Watch” təşkilatına irad tutdu - Açıqlama

  • >
364 21 Yanvar 2014 17:15 | Cəmiyyət

Yazıçı Əkrəm Əylisli "Human Rights Watch" təşkilatının hesabatında onun barəsində yer alan məqamlara münasibət bildirib.


AzNews.az-a açıqlamasında Əkrəm Əylisli deyib ki, bütün təşkilatların öz funksiyası var:

"Hər kəs öz funksiyasını həyata keçirməyə çalışır. Mən onlara pis deyə
bilmərəm, amma bu məsələni yenidən təhlil etməyə ehtiyac görmürəm. Sadəcə, "Daş yuxular" əsərinə görə düzgün anlaşılmadım. Hər halda ədəbiyyatı ədəbi nümunə kimi müzakirə etmək lazım idi.

Ədəbiyyatda çox hadisələr baş verib. Bu bir faktdır ki, ədəbiyyatçının sözü hakim qurumun fikri ilə üst-üstə düşmür. Əsərdə insan taleyi yazılıb. O dövrdə məni pis başa düşənlər də, haradasa tələsik qərar verənlər də oldu. Bu, yazıçı taleyinin bir səhifəsidir. Ədəbiyyatdır, başa düşülməyən çox əsərlər olub".

Ə. Əylisli "Human Rights Watch" təşkilatına müəyyən iradlarını bildirib və tövsiyə verib: "Məni müdafiə ediblərsə, çox sağ olsunlar, amma mənim müdafiəm Azərbaycanı aşağılamaq şəklində olmamalıdır. İnanmaq istəyirəm ki, onlar məni müdafiə etməklə Azərbaycana bir ziyan vurmurlar. Hər bir təşkilat öz funksiyasını yerinə yetirir. Bu da növbəti bəyanatdır".

Qeyd edək ki, "Human Rights Watch" təşkilatı 2013-cü ildə Azərbaycandakı vəziyyətə dair də hesabat açıqlayıb. Hesabatda bildirilib ki, "Daş yuxular" romanından sonra yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya aparılıb:

"Müasir Azərbaycan tarixinin tənqid olunduğu romandan sonra prezidentin sərəncamı ilə ona verilən "Xalq Yazıçısı" titulu və təqaüdü əlindən alınıb. Həmçinin həyat yoldaşının və oğlunun işlərindən azad olunublar".

Bahar Rüstəmli
AzNews.az
Bağla X