09:37
(077) 610-22-33

Azərbaycanda yeni pambıq sortu əldə edildi

  • >
296 22 Yanvar 2014 13:58 | Cəmiyyət

Azərbaycanda yeni pambıq sortu əldə edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutundan verilən məlumata görə, institut tərəfindən əldə edilən sort "Qarabağ-11" adlanır. Bu sort qiymətli təsərrüfat xüsusiyyətlərinə və lifin keyfiyyətinə görə yüksək standartlara cavab verir.

İnstitutdan deyilib ki, yeni sort əldə edilərkən o, hazırda əkilən sortla müqayisə edilir. Yeni sort əvvəlkindən üstün olduğu halda rayonlaşdırılır.

Yeni sort əldə edilərkən Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən yoxlamalar aparılır. Komissiya tərəfindən həmin məhsulların keyfiyyətinin yüksək olduğu təsdiqləndikdən sonra fermerlərin həmin sortları əkməsinə icazə verilir.

Bununla yanaşı, institut tərəfindən tut ipəkqurdunun 2 cinsi və 2 hibridi də rayonlaşdırılıb.

AzNews.az
Bağla X