01:37
(077) 610-22-33

Müdafiə naziri HHQ - nin hərbi hissəsində olub - FOTO

  • >
715 24 Yanvar 2014 18:11 | Cəmiyyət

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsində olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub. Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqətin daim peşəkarlığın artırılmasına və yüksək səviyyədə saxlanılmasına diqqət yönəldən müdafiə naziri bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim edib.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.



AzNews.az
Bağla X