- Köhnə - Cəmiyyət
- 31 Yanvar 2014 14:32
- 2 058
Azərbaycanın məhkəmə sədrləri Strasburqda
"Məhkəmə ili"nin rəsmi açılışı münasibətilə Avropa məhkəmə sistemini təmsil edən mütəxəssislərin iştirakı ilə seminar da təşkil ediləcək.
Seminar "Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi: birgə məhkəmə məsuliyyəti" mövzusuna həsr olunacaq. Yerli vaxtla saat 14:15-də başlayacaq seminar saat 18:15-də "Məhkəmə ili"nin rəsmi açılışı mərasimi ilə davam edəcək.
Açılış mərasimində AİHM-nin sədri Din Şpilman (Dean Spielmann) və Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Fobkule (Andreas Vobkuhle) məhkəmə sistemi, eləcə də yerli və milli hakimiyyət orqanları nümayəndələrindən ibarət 300 nəfərdən çox auditoriya qarşısında çıxış edəcəklər.
Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmiləri ilə görüşlərinin nəzərdə tutulub-tutulmaması ilə bağlı hər hansı məlumat verilmir.
AzNews.az