23:20
(077) 610-22-33

Qənirə Paşayevanın çıxış etdiyi tədbirdə qalmaqal – VİDEO

  • >
5 949 3 Mart 2014 10:22 | Cəmiyyət

Türkiyənin paytaxtı Ankarada yerləşən Qazi Universitetində millət vəkili Qənirə Paşayevanın pərt edildiyi tədbirin videosu yayılıb.

Xatırladaq ki, məsələ ilə bağlı bir neçə gün öncə məlumat vermişdik. Bildirmişdik ki, universitetdən AzNews.az-a verilən məlumata görə, Türkiyənin tanınmış elm adamı Aygün Attar tərəfindən təşkil olunan tədbirdə azərbaycanlı deputat Qənirə Paşayevaya qarşı sayğısızlıq olub.

Belə ki, Q. Paşayeva nitqi zamanı tələbələr ona etiraz ediblər. Çıxılmaz duruma düşən millət vəkilimiz çıxışını yarımçıq kəsməyə məcbur olub.

Q. Paşayevaya belə münasibətə səbəb onun uzun-uzadı danışması olub. Tələbələr onun çıxışını dayandırması üçün yerlərindən yüksək tonla səsləniblər.

AzNews.az-a bununla bağlı açıqlama verən Qənirə Paşayeva isə deyilənləri təkzib etmişdi.

O bildirmişdi ki, tələbələrin etirazı onun çıxışı ilə bağlı olmayıb: "Bu etiraz mədəniyyət dərnəklərinin üzvləri ilə universitet rəhbərliyi arasında daha əvvəl yaşanan münaqişə ilə bağlı idi. Həmin bu məsələyə görə tərəflərin yerli mətbuata açıqlamaları da var. "Bu xoşagəlməz hadisələr tədbir iştirakçılarının çıxışından əvvəl başlayıb. Etirazın nə tədbirlə, nə mənimlə hər hansı bir əlaqəsi yoxdur".

Həmin videonu təqdim edirik:



AzNews.az
Bağla X