17:14
(077) 610-22-33

SAM direktoru KİV rəhbərlərini nurçuluqda ittiham etdi

  • >
2 261 3 Mart 2014 16:39 | Cəmiyyət

Ölkədə nurçu təriqətinə mənsub şəxslərin bir sıra dövlət orqanlarında, Milli Məclisdə fəaliyyət göstərməsi ilə bağlı yayılan xəbərə qəribə reaksiyalar diqqəti çəkir.

Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun açıqlaması isə bu baxımdan daha maraqlı göründü. APA-nın yaydığı məlumata görə, mərkəzin direktoru bildirib ki, Azərbaycanda kim "Nurçuların" izinə düşüb, onlarla əlaqədə olanları axtarmaq istəyirsə, ilk növbədə təhsil və hazırlıq kurslarının, tibb ocaqlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi fikir verməlidir.

Fərhad Məmmədov az qala deyir ki, bəzi təhsil və səhiyyə ocaqlarının, o cümlədən media qurumlarının rəhbərləri nurçudur. Bu ranqlı şəxsin belə açıqlaması kifayət qədər ciddi mətləblərdən xəbər verir və şok effekti yaradır.

Əvvəla, o boyda mərkəzə rəhbərlik edən şəxsin nurçular siyahısında vəzifəli şəxslərin adı çəkildiyi bir vaxtda nədən təhsil müəssisələrində və ya KİV-də nurçu axtarması maraqlıdır. Axı, məsələnin təhlükəli həddə olması hansısa bir məktəbin Fətullah Gülənə məxsus olmasından sonra deyil, dövlət strukturlarında mühüm vəzifə tutan bəzi şəxslərin bu təriqətə qulluq etməsi xəbərlərindən sonra gündəmə gəldi. Belə olan halda niyə Fərhad Məmmədov şikarı adı çəkilən qurumlarda deyil, başqa yerlərdə axtardı?!

Məlumdur ki, bu məsələlərlə bağlı mətbuatda hər gün vacib sənədlər yayılır, nurçuların Azərbaycanda real təhlükəyə çevrilməsi barədə materiallar dərc olunur. Belə bir məqamda vacib bir mərkəzə rəhbərlik edən şəxsin bu cür açıqlaması heç də təsadüfi sayıla bilməz.

Bu cür həssas məqamda nurçuları ifşa etməkdə əsas gücə çevrilən mətbuatın özünü nurçuluqda suçlamaq ya qisasçılıq, ya da primitiv özünü müdafiə cəhdi kimi görünür.

Hər kəsə məlumdur ki, indiki məqamda mətbuata qarşı kampaniyaya yalnız Fətullah Gülən tərəfdarları başlaya bilər. Hesab edirik ki, mətbuat bu kampaniyaya, dövlət içində dövlət yaratmaq istəyənlərə, ziyanlı işlərə bulaşanlara qarşı daha ciddi mübarizəyə başlamalıdır.

AzNews.az
Bağla X