17:35
(077) 610-22-33

Ombudsmanın illik məruzəsi dinlənildi- Parlamentdə

  • >
565 4 Mart 2014 11:59 | Cəmiyyət

Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsi dinlənilib.

AzNews.az xəbər verir ki, parlamentdə çıxış edən Ombusdman Elmira Süleymanova bildirib ki, məruzədə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Elmira Süleymanova qeyd edib ki, ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılıb, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq işlər görülüb:

"İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb, pozulmuş hüquqlar bərpa olunub. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101 540, 2013-cü ildə isə 13 670 müraciət daxil olub.

Müraciətlərin 75,8%-i şikayətlərdən, 24,2%-i ərizələrdən ibarət olub. Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin baxılmasından imtina edib. Şikayətlərin 47,6%-i baxılmaq üçün icraata qəbul edilib, bunların da 65,5%-i təmin olunub".

Ombudsmanın sözlərinə görə, müki, iqtisadi və sosial hüquqların pozulmasına dair şikayətlər - şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapıb, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda pozulmuş hüquqlar bərpa edilib.

AzNews.az
Bağla X