06:01
(077) 610-22-33

Tovuzda saxlanılan erməninin kimliyi məlum oldu- Yenilənib

  • >
1 130 7 Mart 2014 18:39 | Cəmiyyət

Bu gün günorta saatlarında Tovuz rayonunda sakinlər erməni gənci tutublar.


"Qafqazinfo" Turkel TV-yə istinadən xəbər verir ki, ermənini ilkin olaraq ətrafda yaşayan sakinlər görüb. Sonra həmin erməni gənci Tovuz rayon Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

Faktı Tovuz rayon MTN rəisi Azad Qurbanov da TTV-yə təsdiqləyib. Onun sözlərinə görə, erməni olan bu gənc nə Azərbaycan, nə də rus dillərini bilir. Hazırda həmin şəxs Bakıya Milli Təhlükəsizlik Nazirliyinə aparılır.

***

Türkel TV-nin məlumatına görə, Tovuzda saxlanılan erməni gəncin adı bəlli olub. Bu şəxs 1991-cı il təvəllüdlü Xocayan Arsendir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, həmin şəxsin mülki, yoxsa hərbçi olduğu hələ bilinmir.

Onun sözlərinə görə, Ermənistan vətəndaşı Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb. Həmin şəxs artıq Bakıya gətirilir. O, yalnız erməni dilini bildiyi üçün sabah dindiriləcək.


AzNews.az
Bağla X