11:34
(077) 610-22-33

Zaur Baxşəliyevi həbs gözləyir – 2 il

  • >
19 680 13 Mart 2014 13:06 | Cəmiyyət

ATV-də yayımlanan "Ümid var" verilişində yayımlanan video qalmaqala səbəb olub.

AzNews.az-ın məlumatına görə, arvadının başqa kişi ilə olan intim münasibətlərinin video görüntüsünü həmin verilişə göndərən Ağcabədi sakini verilişin aparıcısı Zaur Baxşəliyevdən yardım istəyib.

Proqrama dəvət olunan ekspertlər isə qadını sərt tənqid edərək, onun "sevgilisi"nin də qanun qarşısında cavab verməli olduğunu bildiriblər. Ağcabədi sakinləri isə görüntülərin efirə verilməsinə etiraz ediblər.

Məsələnin hüququ aspektləri haqqında danışan vəkil Müfəffər Baxışov isə AzNews.az-a açıqlamasında deyib ki, belə görüntülərin efirə çıxması yolverilməzdir. Onun sözlərinə görə, verilişin aparıcı Zaur Baxşəliyev və ATV kanalının rəhbərliyinin bu əməli Cinayət Məcəlləsi ilə tövsif oluna bilər:

"Belə bir əmələ görə, cavabdeh tərəf iki il azadlıqdan məhrum edilə bilər. Bundan başqa Konstitusiyanın 32-ci maddəsində də şəxsin razılığı olmadan, qanunda nəzərdə tutulan hallardan başqa elə məlumatların yayılması qadağan edilir. Ümumiyyətlə, bu məlumatların yayılması qanunsuzdur. Həmçinin, Cinayət Məcəlləsinin 156.2-ci – "Şəxsi həyatın toxunulmazlığını pozma" maddəsi ilə də belə məlumatı yayan tərəf cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə vəzifəli şəxslər 2 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər".

Hüquqşünas bildirib ki, ATV kanalında o məlumatlar yayıldığına görə, kiminsə cəzalanacağına inanmır: "İstər kanal rəhbəri, istərsə də videonu yayımlayan vəzifəli şəxsin Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunması real görünmür. Əslində isə əgər zərərçəkən qadın, Cinayət Məcəlləsinin 37.3-cü maddəsini rəhbər tutaraq, istənilən hüquq-mühafizə orqanlarına müraciət edərsə, o kanal və məlumatı yayan şəxsin barəsində cinayət işi başlana bilər".

Bahar Rüstəmli
AzNews.az
Bağla X