Qazaxıstan hökuməti istefa verdi

Qazaxıstanın Baş naziri Serik Axmetov bu gün hökumətin iclasında istefa verdiyini bəyan edib.

AzNews.az-ın kazinform-a istinadən verdiyi məlumata göə, baş nazir deyib ki, dövlət başçısı bu gün onun istefasını qəbul edib.

Ölkə qanunvericiliyinə uyğun olaraq, Nazirlər Kabineti rəhbərinin istefası hökumətin istefası deməkdir. Habelə qanunvericiliyə uyğun olaraq, nazirlər yeni təyinatadək öz səlahiyyətlərini icra etməkdə davam edəcəklər.

Qeyd edək ki, S.Axmetov Qazaxıstan hökumətinə 2012-ci ilin sentyabrından rəhbərlik edir. Bu gün axşam saatlarında ölkə prezidenti Nursultan Nazarbayev baş nazir postuna yeni namizədi parlamentə təqdim edib. N. Nazarbayev baş nazir postuna Kərim Məsimovun namizədliyini irəli sürüb.

AzNews.az