01:34
(077) 610-22-33

AYB-nin qurultayının keçirilmə vaxtı bəlli oldu - FOTO

  • >
789 21 Aprel 2014 18:35 | Cəmiyyət

Aprel ayının 21-də Azərbaycan Yazıçılar Birliyində Katibliyin növbəti toplantısı keçirilib.

ANS PRESS-in AYB-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub.

Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubileyi tədbiri isə iyun ayının 18-də keçirilsin.

Qeyd edək ki, yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət eiləcək.

Beləliklə, Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.


AzNews.az
Bağla X