11:30
(077) 610-22-33

Meteohəssas insanlar üçün əlverişli gün

  • >
411 3 Sentyabr 2012 22:07 | Cəmiyyət

Sentyabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat



Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 19-23°, gündüz 26-30° isti olacaqdır.
Bakıda gecə 21-23°, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaqdır. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 14-19°, gündüz 29-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18°, gündüz 21-26° olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 19-23°, gündüz 26-30°, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 4-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 5-i və 6-da isə atmosfer təzyiqinin xeyli dəyişikliyi, arabir güclənən gilavar küləyinin güclü xəzri küləyinə keçməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

AzNews.az
Bağla X