04:57
(077) 610-22-33

Həmid Herisçi ANS-ə dönməsini izah etdi

  • >
860 6 Sentyabr 2012 14:19 | Cəmiyyət

“Mən ANS-i yaradanlardan biriyəm”



"Mənim ANS telekanalı ilə deyil, verilişlərin reytinqini müəyyənləşdirən şirkətlə problemim olub. Mən ANS-i yaradanlardan biriyəm. Mənim ANS-lə heç bir vaxt problemim ola bilməz". Bunu AzNews.az-a yenidən ANS-ə qayıdan yazıçı Həmid Herisçi dedi.

O bildirdi ki, bu məsələ ilə bağlı yazdıqlarının arxasında indi də durur: "Mən "Reytinqin qurbanları" adlı məqaləmdə yazdıqlarımın arxasında indi də dururam. Mənə elə gəlir ki, "reytinq" şirkəti başa düşüb ki, mənimlə mübarizə aparmaq mənasızdır.Müəllifəm, Azərbaycanda məni yaxşı tanıyırlar". Amma onu da bildirək ki, Həmid bəyin bu dedikləri ilə məqalədə yazdıqları qətiyyən uzlaşmır və məntiqə uyğun görünmür.

Qeyd edək ki, Həmid Herisçi bu mövsümdə ANS-də "Gizli Azərbaycan" adlı veriliş hazırlayacaq. Mövzu isə pirlər, Azərbaycanın müqəddəs ocaqları ilə bağlı olacaq".

Bahar
AzNews.az
Bağla X