04:09
(077) 610-22-33

“Ağdamlılar intiqam hissi ilə yaşayır” – Açıqlama

  • >
1 782 4 Avqust 2014 18:30 | Cəmiyyət

"Cəbhəyanı yaşayış məntəqələrində əhalinin evlərini tərk etməsinə dair bəzi məlumatlar dərc olunur. Belə xəbərlər həqiqətə uyğun deyil və qətiyyən reallığı əks etdirmir". Bunu AzNews.az-a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Eldəniz Abdullayev deyib.

E. Abdullayev bildirib ki, rayonun təmas xəttində yerləşən qəsəbələr erməni hərbi birləşmələri tərəfindən davamlı olaraq atəşə tutulur. Onun sözlərinə görə, əhali arasında heç bir təşviş yoxdur: "Ağdamlıları son dörd gündə ermənilərin atəşkəsi pozması nəticəsində itkilərimiz narahat edir. Hər kəs intiqam hissi ilə yaşayır".

AzNews.az
Bağla X