- Köhnə - Cəmiyyət
- 6 Avqust 2014 13:54
- 4 339
ANS-in aparıcısı cəbhəyə gedən jurnalistləri təhqir etdi
AzNews.az xəbər verir ki, jurnalist bu barədə fikirlərini facebook hesabında izləyiciləri ilə bölüşüb:
"İndiki müxbirciklərin böyük əksəriyyəti cəbhə xəttinə xəbər gətirmək üçün getməyib. Onlara elə gəlir ki, Çingiz Mustafayev, Vahid Mustafayev, Mirşahin Ağayev, Şakir Eminbəyli, Gündüz Bakılı, Asif bağırov, Vaqif Dərgahli, mayor Rahib ola biləcəklər. Bir sözlə qəhrəman olmaq istəyirlər. Onlara cəbhədə atışma oyun-oyuncaq gəlir. Çünki nə qulaqlarının dibində mina partlayıb, nə pulemyot onları palçığa sıxıb, nə acından donmuş çörək yeyiblər, nə səngərdə başlarının altına maqazin qoyub yatmayıblar, nə də parçalanmış meyit daşımayıblar... Gedib kəndin yol işarəsinin altında şəkil çəkdirməkdi onların işi və qanmazlıqlari ucbatından yalan xəbər yaymaq... Bir sözlə indikilərin böyük əksəriyyəti sırf özünü gözə soxub qəhraman olmaq istəyir".
AzNews.az