- Köhnə - Cəmiyyət
- 7 Avqust 2014 14:50
- 4 222
Elçin Quliyevin iki övladı, Tağı Əhmədovun nəvəsi ali məktəbə qəbul olundu
Qeyd edək ki, 4 övlad atası olan Elçin Quliyevin bir oğlu və qızı bu il Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitiriblər.
Modern.az-a məlum olub ki, generalın oğlu Məhəmməd Quliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Qızı Aliyə Quliyeva isə "ADA" Universitetinin tələbəsi adını qazanıb.
Məlumatı Heydər Əliyev adına Müasir Təhsil Kompleksindən də təsdiqləyiblər.
Yeri gəlmişkən, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun nəvəsi də bu il Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirərək, ali məktəbə daxil olan abituriyentlər sırasındadır. Belə ki, onun nəvəsi Qəndab Əhmadova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
AzNews.az