09:38
(077) 610-22-33

İcra başçısı deputatdan şikayətçidir

  • >
964 19 Avqust 2014 17:25 | Cəmiyyət

"İşimə müdaxilə edir"
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə ilə aralarında yaranan qarşıdurma ilə bağlı mətbuatda gedən məlumatlara cavab verib.

İcra başçısı A.Vəliyev Publika.az-a açıqlamasında deyib ki, aralarında heç bir problem yoxdur:

"Hər şey qaydasında və normadır. Mən burada ancaq cənab prezidentin siyasətini həyata keçirirəm, rayonun abadlıq və quruculuğu işi ilə məşğulam. Rayonda müvafiq kadrları özüm təyin edirəm. Heç kəsin fikri mənə təsir göstərə bilməz".

İcra başçısı A.Vəliyev "Deputat Qalib Salahzadə sizin işlərinizə hər hansı müdaxilə edibmi?" sualına da belə cavab verib:

"Bəli, elə hallar olub. O istəyirdi ki, orada ancaq bilgəhli olsun. Mən isə dedim ki, fərqi yoxdur, Azərbaycanın cəbhə bölgəsindən olan və ölkəmizin siyasətini yaxından dəstəkləyən istənilən şəxs hər hansı bir yerdə idarəçilikdə çalışmağa layiqdir. Ona görə də indiki adam burada işləyə bilər. Burada başqa hər hansı söhbət də ola bilməz".

AzNews.az
Bağla X