00:28
(077) 610-22-33

“Mehman Hüseynov 1-2 günə qayıdacaq”

  • >
580 21 Avqust 2014 14:19 | Cəmiyyət

“Mehman Hüseynovun durumu yaxşıdır, bir-iki günə işinə qayıdacaq”.



Bu sözləri müsavat.com-a açıqlamasında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova bildirib.

Onun sözlərinə görə, Mehmanla iki gün öncə əlaqə saxlayıb və o, hər şeyin qaydasında olduğunu söyləyib. RATİ rəhbəri Emin Hüseynova gəlincə, əməkdaş hələ ki, ondan xəbər-ətər olmadığını bildirib: "Hətta qardaşı Mehman Hüseynov belə onun harada olduğundan xəbərsizdir. O da nə olduğunu bizdən soruşur".

Qeyd edək ki, artıq fəaliyyəti dayandırılan RATİ əməkdaşları bir-bir prokurorluğa çağırılaraq dindiriliblər. Avqustun 14-də Günay İsmayılova, ötən gün isə təşkilatın mühasibi Tanya Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

musavat.com-a açıqlamasında Tanya Kryuçkina bildirdi ki, ona mühasibatlıq işi ilə bağlı suallar verilib, müəyyən sənədlər barədə sorğu-sual aparılıb. Onun sözlərinə görə, ona rəhbərlik haqqında da suallar verilib və hələlik bu haqda danışmaq istəmir. Qeyd edək ki, dindirmələr davam etdiyindən RATİ-nin hər iki əməkdaşına ölkədən çıxmaq qadağan olunub.

RATİ-nin ofisi avqustun 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən möhürlənib və təşkilat fəaliyyətini dayandırıb.

AzNews.az
Bağla X