02:56
(077) 610-22-33

“Cəzamı mən verəcəm” - Leyla Əliyeva

  • >
2 870 25 Avqust 2014 11:19 | Cəmiyyət

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Cəzamı mən verəcəm" adlı şeiri oxucuların ixtiyarına veririk.

(Я накажу себя за то)

Özümü tənbeh edib,
Cəzamı mən verəcəm.
Bilirsiz nəyə görə?
Pis apardım özümü
Ötən günkü məclisdə.
İncitdim insanları
Qəlb sındıran sözlərlə.
Süzüldü al şərablar,
Cingildədi badələr...
İstəyirdim vicdan da,
Sərxoş olub tezcənə,
Çabalasın qədəhdə.

Cəzamı mən verəcəm,
O şaqraq, qəhqəhəli
Gülüşlərimə görə...
Həqiqət belə olsa,
yersiz sözlərə görə...
Bir də, bunlardan başqa,
Dünyalara səs salan,
Gözəlliyimə görə...

Hərdən hey istəyirəm,
görünüm özüm kimi,
Əslindəsə necəyəm? –
Bunu bilmirəm düzü...
İblis başımın üstə,
Ruhuma diqtə edir.
Mələklərin səpdiyi,
Xeyirxahlıq... bezdirir.

Ətrafımda kədərli,
yazıq üzlər nə qədər
Məni ac baxışlarla,
diri-diri yeyirlər...
Mənimsə bir dostum var,
O da elə özüməm...
Pis gündə, yaxşı gündə,
Özüm öz həmdəmiməm...

O ağrılar ki, mənə,
Qaranlıqda, zülmətdə
Mənəvi əzab verir –
Yolunu dəyişəcəm;
Cismimi məhv edəcək,
Ağrıya döndərəcəm.
...Günəşin arzusu nə? –
Buz dağını əritmək..!
Olmayan heç nəyini
İtirmək istəməmək..!

Qoy lap ağlasın hamı,
Qəmə, qüssəyə batsın,
Mənsə ağlamayacam.
Gözüm quru qalacaq... –
Soğulmuş bulaq kimi...
Ürəyimi partladan
Dəhşətli ağrıları
Gülüşüm gizlədəcək.
Ruhum qumlu səhranın
Sükutuna enəcək...

Özümə divan tutub,
Hökm oxuyacağam.
Qara sevda əlindən
...cuşa gəlib, coşacam...
deyəcəm son sözümü:
"Söz verirəm, bir də mən,
İztirab çəkməyəcəm,
Özgə dərd-ağrıları,
Duyub, əlac olmağı
Bəxtiyarlıq sanacam".

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

AzNews.az
Bağla X