Prezident “Şöhrət” ordeni verdi

Azərbaycan Prezidenti İlham Əliyev Robert Baqratoviç Mobilinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə R.B.Mobili "Şöhrət" ordeni ilə təltif edilsin.