06:22
(077) 610-22-33

Tacikistan Kinosu Günləri başa çatdı

  • >
1 032 13 Mart 2015 23:04 | Cəmiyyət

Nizami Kino Mərkəzində Tacikistan Kinosu Günlərinin yekunu ilə bağlı mətbuat konfransı keçirilib.



APA-nın məlumatına görə, mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kino sektorunun rəhbəri Yusif Şeyxov, "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmlər doktoru Sadullo Rahimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdülkərim Maşrabov iştirak edib. Y. Şeyxov bildirib ki, mart ayının 9-dan başlanan kino günlərində bir neçə film nümayiş olunub.

"Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov Azərbaycan və Tacikistan arasında kino əlaqələrinin inkişafı üçün bir sıra danışıqlar aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, gələcəkdə müştərək layihələrin həyata keçirilməsi üçün addımlar atılacaq.

Kino tənqidçisi, fəlsəfə elmlər doktoru Sadullo Rahimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdülkərim Maşrabov kino günləri haqqında təəssüratlarını bölüşərək jurnalistlərin suallarını cavablandırıblar.
Bağla X