20:37
(077) 610-22-33

Ramil Usubovdan iki yeni rəis təyinatı

  • >
2 761 31 Mart 2015 00:04 | Cəmiyyət

Daxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb.



"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əmrlər Nərimanov Rayon Polis İdarəsinə şamil olunub.

Nərimanov RPİ 18-ci Polis Bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı Polis Bölməsinə rəis təyin olunub.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb.

Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur.
Bağla X