19:48
(077) 610-22-33

“Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqlı qərardır“

  • >
1 103 18 May 2015 19:30 | Cəmiyyət

"Bakıda keçiriləcək Avropa Oyunları tarixdə bir ilk olacaq.

Bu Oyunların Azərbaycanda keçirilməsi qərarının yekdilliklə qəbul edilməsi çox əlamətdar və nümunəvi hadisədir".

Bu barədə Trend-ə GUAM təşkilatının baş katibi Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi haqlı qərardır: "Bunun əsas səbəbi isə Azərbaycanın multikultural ölkə kimi beynəlxalq əlaqələrdə yaxşı mövqe qazanmasıdır.

V.Çeçelaşvili qeyd edib ki, Azərbaycanda idman infrastrukturunun inkişafı baxımından çox iş görülüb: "Düşünürəm ki, nəinki Avropa Oyunlarını, həmçinin daha irimiqyaslı tədbirləri Azərbaycanda təşkil etmək olar. Avropa Oyunları ilk təcrübədir, daha sonra İslam Həmrəyliyi Oyunları keçiriləcək və əminəm ki, bu tədbirlər böyük uğurla təşkil olunacaq".
Bağla X