22:28
(077) 610-22-33

MTRŞ-dan TV-lərə: “...hamısı bağlanacaq”

  • >
10 224 1 Oktyabr 2015 11:36 | Cəmiyyət

Xoşqədəm Hidayətqızının verilişi bağlanandan sonra qaynar xəttə təşəkkür zənglərinin ardı-arası kəsilmir.


AzNews.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov Mir Şahin Ağayevin MTRŞ ilə bağlı irəli sürdüyü ittihamlarla bağlı Axar.az-a danışarkən deyib:
"MTRŞ-nin heç kimlə bir problemi yoxdur. Məhkəməyə müraciət etmək hər kəsin konstitusion hüququdur. Kiminsə bir narazılığı varsa, məhkəməyə müraciət edə bilər. MTRŞ "Sən tək deyilsən!" və "Xoşqədəmlə axtarıram səni" verilişlərinin bağlanması ilə bağlı qərar verdikdən sonra qaynar xəttə gələn təşəkkür zənglərinin ardı-arası kəsilmir".

Toğrul Məmmədov eyni formatlı verilişlərin digər kanallarda hələ də yayımlanması ilə bağlı irəli sürülən iddialara da münasibət bildirib:
"Eyni formatda, şou xarakterli, milli-mənəvi dəyərlərimizə zidd olan bütün verilişlər bağlanacaq. Əgər hansısa telekanal bunu bizdən öncə edib, bu xarakterli verilişləri bağlayırsa, bu, artıq təqdirəlayiqdir. Bu addımı Şura dəyərləndirir və hər hansı ciddi addıma ehtiyac duymur. ANS özü verilişlərini dayandırsaydı, belə addım atılmazdı. Qanun pozuntusu davamlı xarakter alanda sanksiyalar tərtib olunur".

Xatırladaq ki, MTRŞ-nın "Sən tək deyilsən!" və "Xoşqədəmlə axtarıram səni" verilişlərini bağlamaq qərarından sonra ANS Müstəqil Yayım və Media Şirkətinin Baş direktoru Mir Şahin Ağayev Şuranı məhkəməyə verəcəklərini açıqlamış və Nuşirəvan Məhərrəmlinin Xoşqədəm Hidayətqızı ilə problemini olduğunu iddia etmişdi.
Bağla X