Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə xəbərdarlıq edib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə xəbərdarlıq edib.

Bakıda yeni marşrutlar fəaliyyətə başladı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə xəbərdarlıq edib.



AzNews.az mərkəzin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 3-dən "Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.

6 saylı marşrut avtobusunun hərəkət cədvəli – "Azadlıq" metro st. – Ak.H.Əliyev küç. – Tbilisi prospekti – Lider televiziyası – "Elmlər Akademiyası" metro st. – "İçərişəhər" metro st. – 20-ci sahə olacaq.

8 saylı marşrut avtobusu: "Azadlıq" metro st.dan – Səməd Vurğun küçəsi – Heydər Əliyev sarayı – "28 may" metro stansiyasına qədər hərəkət edəcək.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı – "Elmlər Akademiyası" metro st. – "Koroğlu" parkı – "Gənclik" metro st. – "N.Nərimanov" metro st. – Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.