06:20
(077) 610-22-33

“Qiymətlər düzgün təyin olunmur, monopoliya yaradılır” – Cavid Qurbanov

  • >
2 015 13 Oktyabr 2015 11:09 | Cəmiyyət

"Tarifləri əsasən bazar müəyyənləşdirir. Dövlət bazarda tarifləri nəzarətdə saxlamalıdır".



AzNews.az-ın "APA-Economics"ə istinadən xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Ölkə başçısı da bununla bağlı müvafiq bəyanatla çıxış edib. Tariflərin şişirdilməsi yüklərin buradan qaçmasına şərait yaradır. Söhbət tariflərdə güzəşt edilməsindən getmir. Sadəcə nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün təyin olunmur, düzgün tənzimlənmir və nəticədə monopoliya yaradılır. O monopoliyalar da yüklərin Azərbaycandan qaçmasına şərait yaradır", - deyə C. Qurbanov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən, tariflərin tənzimlənməsi üçün prezident müvafiq tapşırıqlarını verib.
Bağla X