09:12
(077) 610-22-33

PKK-çıların dəfnində iğtişaş

  • >
600 3 Dekabr 2012 22:24 | Dünya

Türkiyənin cənub-şərqində kürd separatistlərinin aktivliyi artmaqdadır. Ölkənin Diyarbəkir vilayətində polis iki PKK üzvünün dəfni zamanı yaranmış iğtişaşı yatırtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bildirilir ki, dəfn olunan PKK-çılar polislər tərəfindən öldürülüb.

Polislərlə kürdlər arasındakı qarşıdurma zamanı bir neçə insan yaralanıb.
Türkiyə hökuməti dəfələrlə kürdlərlə danışıqlara getmək istəyini dilə gətirib. Noyabrın 19-da belə bir təkliflə baş nazir Rəcəb Tayyib Ərdoğan və ölkənin ədliyyə naziri Sədullah Ergin çıxış ediblər.

27 il ərzində PKK-nın apardığı çirkin siyasətin qurbanlarının sayı 40 minə çatır. Bu təşkilat Türkiyə və ABŞ tərəfindən terrorçu təşkilat kimi qəbul edilir.

İnci
AzNews.az
Bağla X