Yaxınlarından prezidentə gözlənilməz zərbə

Misir prezidenti Məhəmməd Mursinin 4 müşaviri bir-birinin ardınca istefa verib. Mursinin müşavirlərindən olan Seyf Əbdülfəttah, Eymen Əs-Səyyad, İsmət Seyfuddevle və Əmr Leysi Prezidentlik Müşavir Heyətindən istefa veriblər.

Prezidentin siyasi məsələlər üzrə müşaviri Əbdülfəttah televiziya kanallarından birinə verdiyi açıqlamada Qahirədə Prezident Sarayının qarşısında baş verənlərə işarə edərək, "Prezidentlik Müşavir Heyətindən istefa verdiyimi elan edirəm. Çünki inqilabı qoruyan bu gənclərin ölməsini qəbul edə bilmirəm" deyib.

Müşavir Heyətinin digər üzvü Səyyad da verdiyi açıqlamasında 1 həftə əvvəl istefa verdiyini, ancaq bunu ictimaiyyətə bildirmədiyini söyləyib.
İstefa verən digər müşavirlər də mətbuata istefaları ilə bağlı açıqlamalar veriblər.

Tərlan
AzNews.az