08:55
(077) 610-22-33

Əsəd kimyəvi silahları döyüş vəziyyətinə gətirdi - ŞOK

  • >
1 310 6 Dekabr 2012 16:10 | Dünya

"Beynəlxalq aləm bunu dayandırmaq üçün heç nə edə bilməyəcək"



ABŞ rəsmiləri Suriya ordusunun öz xalqına qarşı kimyəvi silah tətbiq etməyə hazır olduqlarını bildirərək, prezident Bəşər Əsədin təlimatını gözlədiklərini söyləyiblər.

AzNews.az-ın məlumatına görə, ABŞ-ın NBC telekanalına müsahibə verən həmin rəsmilər öldürücü Zarin qazı ilə dolu başlıqların raketlərə yerləşdirildiyini bildiriblər. Gələn kəşfiyyat məlumatına görə, həmin bombaların hələ təyyarələrə yerləşdirilmədiyini, Əsədin də hələlik onların istifadəsinə təlimat verilmədiyi qeyd olunub.

Bunu ən pis tərəfi isə ondan ibarətdir ki, Əsədin bu bombalardan istifadə əmrini verəcəyi təqdirdə, beynəlxalq aləm bunu dayandırmaq üçün heç nə edə bilməyəcək.

Qeyd edək ki, olduqca öldürücü gücə malik olan Zarin qazından ilk dəfə İraqın keçmiş rəhbəri Səddam Hüseyin Hələbdə kürdlərə qarşı istifadə etmişdi.

Tərlan
AzNews.az
Bağla X