21:47
(077) 610-22-33

Psixoloqlar: “Dünyanın sonu haqda şayiələr xeyirdi”

  • >
592 10 Dekabr 2012 21:31 | Dünya

Psixoloqların fikrincə, "dünyanın sonu"na inanan insanlar əslində inanırlar ki, bu faciə onlardan yan keçəcək.

"Bu bir növ ədalət haqda xəyal etməyə bənzəyir. İnsanlar inanırlar ki, sonunda hər kəs layiq olduğu cəzanı alacaq. Apokalipsisə inananlardan və onların ailəsindən isə faciə yan keçəcək" – deyə psixoloq Oleq Poklçuk bildirib.

Onun fikrincə, cavanlar və ahıllar "dünyanın sonu"na daha az inanırlar. Çünki cavanlar ölüm haqda düşünmək istəmir, ahıllar isə bu haqda daim düşünür və ona görə də "son"dan qorxmur. Onlar anlayırlar ki, gec və ya tez hər bir insanın "son"u gələcək.

Psixoloq "dünyanın sonu" ilə bağlı şayiələrin xeyrinə də toxunub. O qeyd edib ki, ara-sıra "qiyamət günü" ilə bağlı şayiələr yaymaq xeyirdir. Çünki belə anlarda insanlar öz həyatlarına, davranışlarına yenidən baxırlar, onlar daha yaxşı olmağa çalışırlar. Ətrafdakılara sevgilərini, hisslərini göstərməkdən çəkinmirlər, yaxşılıq etməyə can atırlar. Bu da insanın həyat tərzini yaxşılığa doğru dəyişmək istəyinə gətirib çıxarır.

İnci
AzNews.az
Bağla X