Macar mənşəli məşhur alman aktrisa və ifaçı Marika Rekk sən demə sovet kəşfiyyatçısı olub. Macar mənşəli məşhur alman aktrisa və ifaçı Marika Rekk sən demə sovet kəşfiyyatçısı olub.

Hitlerin sevdiyi alman aktrisa sovet kəşfiyyatçısı çıxdı - Şok faktlar

Macar mənşəli məşhur alman aktrisa və ifaçı Marika Rekk sən demə sovet kəşfiyyatçısı olub.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Almaniyanın Federal kəşfiyyat xidmətinin arxivində aşkar edilmiş sənədlər bunu sübut edir.

Marika Rekk 1940-cı illərdə agent şəbəkəsinin üzvü olub. O, çox qiymətli hərbi kəşfiyyat məlumatlarının sovet hakimiyyətinə ötürülməsinə cavabdeh idi.

Rekkin agent şəbəkəsində hansı rolu oynadığı və Moskvaya hansı məlumatları ötürdüyü isə məlum deyil. Ehtimal olunur ki, onun həyat yoldaşı, kinorejissor Qeorq Yakob da sovet xüsusi xidmət orqanları tərəfindən bu işə cəlb edilib.

Aktrisa karyerasına 1930-cu illərdə başlayıb. O, Adolf Hitlerin sevimli aktrisalarından biri olub. Aktrisanı hətta, təbliğat naziri Yozef Qebbelslə sevgi münasibətləri yaşadığı da iddia edilirdi. İkinci Dünya müharibəsindən sonra aktrisanı nasist rəhbərlərlə sıx münasibətdə günahlandıraraq, onu 2 il kinoya çəkilməyə qadağa qoyublar.

Sovet tamaşaçısına Marika Rekk “Baharın 17 anı” serialından yaxşı tanışdır. Serialda "Mənim xəyallarımın xanımı" filmindən fraqment göstərirlər. Ştirlits həmin filmə 27 dəfə baxıb.

Marika Rekk 2004-cü ildə, 90 yaşında vəfat edib.