ABŞ-ın Yuta ştatında iki yeniyetmə 14 yaşlı rəfiqələrinin başına odlu silahdan atəş açıblar. ABŞ-ın Yuta ştatında iki yeniyetmə 14 yaşlı rəfiqələrinin başına odlu silahdan atəş açıblar.

Yeniyetmə rəfiqəsinin başına atəş açdı - Snapchat-da yazdığına görə (Şok hadisə)

ABŞ-ın Yuta ştatında iki yeniyetmə 14 yaşlı rəfiqələrinin başına odlu silahdan atəş açıblar.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb qızın oğlanlardan birinə tez-tez Snapchat-da mesaj yazması olub. Xoşbəxtlikdən qız sağ qalıb.

16 yaşlı oğlanlar rəfiqələrini öncədən öldürməyi planlaşdırıblar. Lakin, əvvəlki görüşdə cəsarət edib, buna cəhd edə bilməyiblər. Onlar əvvəlcə qızın boğazını kəsmək istəyiblər. Günlərin birində oğlanlar biri görüşə silah gətirib. Həmin görüşdə onlar qızın başına atəş açıblar.

Törədilmiş cinayətdən sonra yeniyetmələr qızın çantasını və digər əşyalarını özləriylə aparıblar. Həmin gecə qız axtarışa verilib və xəndəkdən tapılıb.

Hazırda yeniyetmələr həbs edilib. Onların valideynləri barədə də hökm oxunacaq.