- Köhnə - Dünya
- 26 Aprel 2017 20:31
- 22 087
Krımda Hitlerçilərə aid batmış paraxod tapıldı - İçi xəzinə ilə doludu (Video)
Dayverlər Yevpatoria yaxınlığında 1943-cü ildə batmış Boy Feddersen paroxodunu aşkar ediblər.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, gəmidə Hitlerçilərin yarımadadan daşımağa çalışdığı xəzinənin olduğu güman edilir.
Paroxod Almaniyada 1914-cü ildə tikilib. 1931-ci ildə Sovet İttifaqı tərəfindən alınıb və "Xarkov" adlandırılıb. 1943-cü ildə alman ordusunun hücumu zamanı dənizçilər gəmiyə zərər vursa da, Hitlerçilər onu bərpa etməyi bacarıb və Boy Feddersen adı verilib.
1943-cü ilin avqustunda paraxod Sevastopoldan Konstansaya yollanarkən Yevpatoria yaxınlığında sovet təyyarələri tərəfindən vurulub.
Gəmi təxminən 90 metr dərinlikdə "Rostov-Dayv" tədqiqatçılar qrupu tərəfindən aşkar edilib.