03:11
(077) 610-22-33

Hindistanda toy mərasimi yasa çevrildi- 22 nəfər öldü

  • >
2 856 11 May 2017 11:16 | Dünya

Racastan ştatının Bharatpur rayonunda toy mərasimi zamanı güclü külək nəticəsində divar uçub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər həlak olub, 26 nəfər xəsarət alıb. Xəsarət alanlardan 15-inin vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıblar.

Mərasim zamanı yağış yağdığı üçün qonaqalar öz masalarını çardağı olan bir daxmanın kənara çəkiblər. Bu zaman köhnə tikilinin divarı onların üzərinə uçub. Polisin məlumatına görə, hündürlüyü 4 metrə çatan divarın uçmasına güclü külək səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X