15:11
(077) 610-22-33

Həsən Ruhani növbəti dəfə Iran prezidenti seçildi

  • >
2 080 20 May 13:31 | Dünya

İranın dövlət televiziyası Ruhaninin seçkilərdə qalib gəldiyini elan edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ruhani 38.9 milyon səsdən 22.8 milyonunu toplayıb.

Onun əsas rəqibi İbrahim Rəisi 15.4 milyon səs toplaya bilib. Digər namizədlər isə daha zəif nəticə göstəriblər.

Mühafizəkar Mustafa Mirsəlim 455 min səs, sabiq vitse-prezident Mustafa Haşimi-Taba isə 210 min səslə kifayətlənib.

Seçki rəsmiləri seçici fəallığının 70 faiz təşkil etdiyini açıqlayıblar.

Seçkilərin yekun nəticəsini ölkənin daxil işlər naziri Əbdülrza Rəhmani Fəzli yerli vaxtla saat 14:00-da elan edəcək.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X