Rusiya Suriya səmasında təhlükəsizliyə dair ABŞ-la əldə etdiyi razılaşmanı dayandırıb. Rusiya Suriya səmasında təhlükəsizliyə dair ABŞ-la əldə etdiyi razılaşmanı dayandırıb.

Rusiya ilə ABŞ arasında razılaşma dayandırıldı- “ABŞ həyasızcasına Suriyanın suverenliyini pozub”

Rusiya Suriya səmasında təhlükəsizliyə dair ABŞ-la əldə etdiyi razılaşmanı dayandırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb bir qədər əvvəl ABŞ hərbi hava qüvvələrinin Suriya qırıcısını vurması olub.

Rəsmi Moskva Pentaqonun bu hərəkətini "hərbi təcavüz" adlandırıb.

Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Suriya təyyarəsinin vurulması onun suverenliyinin həyasızca pozulması deməkdir.

ABŞ hərbi hava qüvvələri Raqqa şəhəri səmasında Suriyaya məxsus Su-22 qırıcısını vurub. Həmin vaxt Suriya qırıcısı “İŞİD” terror qruplaşmasına məxsus mövqeləri bombalayırmış.

Rusiya ABŞ qırıcısının bu əməliyyata müdaxiləsini terrorizmə dəstək kimi dəyələndirib.

Hadisə ABŞ-la Suriya arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Rusiyanın müdafiə nazirliyi bildirib ki, qarşıdurmanı əngəlləmək üçün Pentaqon Rusiya ilə informasiya mübadiləsi aparmalı idi. Lakin bunu etməyib.

Bəxtiyar Abbasov

AzNews.az