İraqın Mosul şəhərində törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb. İraqın Mosul şəhərində törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Mosulda partlayış nəticəsində 12 nəfər ölüb

İraqın Mosul şəhərində törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

AzNews.az “Report” istinadən xəbər verir ki, bu barədə İraqın hərbi həkimləri məlumat yayıb.

Hadisə Maşahda məhəlləsində baş verib. Terrorçu-kmikadze mühasirədə olan şəhəri tərk etmək istəyən qaçqın kütləsinin arasında özünü partladıb.

“Kamikadze bir qrup insanın arasına girərək özünü partladıb ki, onlar bizim hərbçilərə gedib çata bilməsinlər” — deyə İraq ordusunun nümayəndəsi bildirib.

Hərbi həkimlərin məlumatına görə, xəsarət alanlar arasında qadınlar və uşaqlar var.

AzNews.az