Məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dalinin meyitinin qalıqları eksqumasiya ediləcək. Məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dalinin meyitinin qalıqları eksqumasiya ediləcək.

Salvador Dalinin qalıqları eksqumasiya ediləcək

Məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dalinin meyitinin qalıqları eksqumasiya ediləcək.

AzNews.az xəbər verir ki, bu bərədə "BBC News" məlumat yayıb. İspan məhkəməsi atalıqla bağlı bioloji test keçirilməsi üçün belə bir qərar verib. Belə bir qərarın verilməsinə başqa səbəb isə Dalinin analiz üçün götürülə biləcək heç bir şəxsi əşyasının qalmaması olub. Belə ki, Pilar Abel adlı 59 yaşlı qadın S. Dalinin qızı olduğunu iddia edib və onun yeganə varisi olması ilə bağlı məhkəməyə müraciət edib. Onun iddialarına görə anası Antonia Martinez De Aro 1955-ci ildə kəntdə dayə işləyərkən rəssamla sevgi münasibətində olub.

Salvador Dali 23 yanvar 1989-cu ildə öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını (Rixard Vaqner) dinləyərkən ürək çatışmazlığından vəfat edib.