Rusiyanın ilk prezidenti Boris Yeltsinin “Mercedes-Benz S-klasse Trasco Bremen” markalı limuzini Sankt-Peterburqda 19,7 milyon rubla (565 min 390 manat, yaxud 332 min 426 dollar) satışa qoyulub. Rusiyanın ilk prezidenti Boris Yeltsinin “Mercedes-Benz S-klasse Trasco Bremen” markalı limuzini Sankt-Peterburqda 19,7 milyon rubla (565 min 390 manat, yaxud 332 min 426 dollar) satışa qoyulub.

Yeltsinin avtomobili satışa çıxarıldı - 20 milyona

Rusiyanın ilk prezidenti Boris Yeltsinin “Mercedes-Benz S-klasse Trasco Bremen” markalı limuzini Sankt-Peterburqda 19,7 milyon rubla (565 min 390 manat, yaxud 332 min 426 dollar) satışa qoyulub.

AzNews.az Tass-a istinadən xəbər verir ki, mərhum prezident bu maşınla rəsmi və şəxsi görüşlər üçün istifadə edib.

Satış elanında bildirilir ki, avtomobildə Boris Yeltsin sürücü ilə birlikdə gəzib:

“Bu maşını bizə xüsusi təyinatlı qarajdan Dövlət Dumasının deputatı gətirib. Maşın saz vəziyyətdədir. Satış qiymətini uyğun hesab edir və hələlik qaldırmağı planlaşdırmırıq. 1994-cü ildə istehsal edilmiş avtomobil cəmi 60 min km yol qət edib. Maksimal sürəti saatda 250 kilometrdir. Onu xüsusi sifariş əsasında hazırlayıblar”.