ABŞ-ın dövlət katibi Reks Tillerson son günlər onun istefa edəcəyi barədə yayılan məlumatların doğru olmadığını və vəzifəsini davam etdirdiyini bəyan edib. ABŞ-ın dövlət katibi Reks Tillerson son günlər onun istefa edəcəyi barədə yayılan məlumatların doğru olmadığını və vəzifəsini davam etdirdiyini bəyan edib.

Tillerson vəzifəsini tərk edir? - Açıqlama

ABŞ-ın dövlət katibi Reks Tillerson son günlər onun istefa edəcəyi barədə yayılan məlumatların doğru olmadığını və vəzifəsini davam etdirdiyini bəyan edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tillerson bu yaxınlarda Amerika mətbuatında onun barəsində yayılan "istefa" xəbərinə reaksiya verib:

“Prezidentə olan bağlılığım güclüdür və heç vaxt postumu tərk etməyi düşünməmişəm. Prezident Tramp çox ağıllıdır və öz ölkəsini sevir. Onunla aramda münasibətin pis olduğu barədə yayılan məlumatlar da həqiqəti əks etdirmir”.

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-ləri Tillersonun istefa verəcəyi barədə məlumat yayıb.

AzNews.az