- Köhnə - Dünya
- 12 Oktyabr 2017 22:42
- 3 633
Əvvəl ABŞ, indi də İsrail YUNESKO-dan çıxır
İsrailin baş naziri Binyamin Netanyahu ölkənin YUNESKO-dan çıxmaq barədə qərar qəbul etdiyini bildirib.
AzNews.az Report-a istinadən xəbər verir ki, Tel-Əviv təşkilatın İsrailə qarşı qərəzli mövqeyindən narazıdır.
Bundan əlavə, Netanyahu ABŞ-ın YUNESKO-dan çıxmaq qərarını alqışlayıb və bu təşkilatı “absurd teatrı” adlandırıb:
"Bu cəsur və düzgün qərardır, çünki YUNESKO absurd teatrına dönüb. Tarixi qorumaq əvəzinə onu təhrif edir".
Bundan əvvəl ABŞ 1 yanvar 2019-cu il tarixindən təşkilatı tərk etmək qərarına gəldiyini bəyan edib.